DİN əməliyyat keçirib: Narkokuryerlik edən keçmiş məhkumlar ƏLƏ KEÇDİLƏR

DİN əməliyyat keçirib: Narkokuryerlik edən keçmiş məhkumlar ƏLƏ KEÇDİLƏR

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsindən bildirilib.

Vurğulanıb ki, onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.