Bakı-Quba yolunda TIR üç maşınla toqquşub: Ölən və xəsarət alanlar var

Bakı-Quba yolunda TIR üç maşınla toqquşub: Ölən və xəsarət alanlar var

Bakı-Quba yolunda zəncirvari qəza baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan TIR üç minik avtomobili ilə toqquşub. Hadisədən sonra yük maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var.

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlk ehtimala görə, hadisə TIR-dakı texniki nasazlıq səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.