Bakıda avtomobili piyadaların üstünə sürən şəxs həbs edildi

Bakıda avtomobili piyadaların üstünə sürən şəxs həbs edildi

Paytaxtın Nərimanov rayonunda avtomobili piyadaların üstünə sürən sürücüyə 20 sutka həbs qərarı çıxıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Polis mayoru bildirib ki, sürücü 1984-cü il təvəllüdlü Məmmədov Emil Fəxrəddin oğlu barədə toplanan materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib:

“Nərimanov Rayon Məhkəməsi sürücünü İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu və 535-ci maddələri ilə təqsirli bilərək, barəsində 20 sutka inzibati həbs qərarı verib”.