Bakıda ilin 9 ayı ərzində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Bakıda ilin 9 ayı ərzində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

“Ötən 9 ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb, 143 nəfər ölüb, 264 nəfər isə yaralanıb”.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

Onun sözlərinə görə, bu, ötən dövrlə müqayisədə hadisələrdə 17 fakt, ölümlərdə 2 fakt və xəsarət alanlarda isə 20 fakt azalma deməkdir”.