Bakıda kişi həyat yoldaşını bıçaqladı

Bakıda kişi həyat yoldaşını bıçaqladı

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Qobu Park” yaşayış massivində baş verib.

Belə ki, Ağdam rayon sakini 1992-ci il təvəllüdlü Ağayeva Minayə Fəğani qızı yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. O, bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.