Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.
İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.