Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə martın 4-də rayon ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə də axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlaması da məlum olub.