Bakıda qara rəngə boyanan bina ilə bağlı qərar verildi

Bakıda qara rəngə boyanan bina ilə bağlı qərar verildi

Paytaxtın Yasamal rayonu, Kazım Kazımzadə küçəsində bina fasadının rənglənməsinə dair yerli sakinin iddiası həqiqətə uyğun deyil”.

Bu barədə icra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, Yasamal Rayon İcra Hakimiyyətinin memarı kooperativ bina sakinlərinə göstəriş vermək səlahiyyətinə malik deyil:

“Bina fasadının qara rəngə boyanması ilə bağlı məsələyə Yasamal Rayon İcra Hakimiyyəti müdaxilə etdi və məsələni araşdırdı. Müvafiq kooperativ bina rəhbərliyi ilə danışıqlardan sonra qərara gəlindi ki, şəhərimizdə münbit hava şəraiti bərqərar olan kimi bina fasadının rəngi şəhərin ümumi görünüşünə uyğun şəkildə dəyişdiriləcək”.