Bakıda təcili yardım avtomobili qəzaya düşüb: Yaralanan var
Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb.
Dövlət Tv xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olmayıb. Təcili yardımın sürücü, 1971-ci il təvəllüdlü şəxs xəsarət alıb.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb:
“Hadisə nəticəsində ölən olmayıb. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.