Bayden xalqı təbrik etdi: Sonra “gözəgörünməz”lə salamlaşdı

Bayden xalqı təbrik etdi: Sonra “gözəgörünməz”lə salamlaşdı

ABŞ lideri Co Bayden kobud səhvləri, hərəkətləri və söylədikləri ilə daim gündəmdədir.

Bu dəfə də Bayden insanları təəccübləndirməyi bacarıb.

O, Milad çıxışından sonra etdiyi qəribə hərəkətlə yenə diqqətləri üzərinə çəkib. Bu anlar isə kameraya belə əks olunub.

Görüntülərdə Co Bayden Milad nitqini bitirdikdən sonra geriyə dönür və addımlamağa başlayır. Sonra anidən heç kimin olmadığı yerə - boşluğa əli ilə işarət edərək salam verir.

Bu görüntülər sosial şəbəkələrdə izləyici rekordu qırıb.

Mənbə: Haber Global