Bazar gününün hava proqnozu açıqlanıb

Bazar gününün hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 14-17 dərəcə isti olacaq. Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 19-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.