Bərdədə beş nəfərin öldüyü qəzadan sağ çıxan şəxsin son durumu AÇIQLANDI
Yevlax-Ağdam-Laçın yolunda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan şəxsin son durumu açıqlanıb.
TƏBİB-dən bildirilib ki, qəzada xəsarət alan 2001-ci il təvəllüdlü pasiyentin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:
“Kəllə-beyin travması, travmatik şok, çənə sümüyünün hər iki şaxəsinin sınığı, sağ bazu sümüyünün sınığı, sağ bud sümüyünün orta 1/3 yerdəyişmiş sınığı diaqnozları qoyulan pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir”.