Türkiyənin Muğla vilayətində helikopter xəstəxana binasına çırpılıb.
Dovlet.Tv xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.
Məlumata görə, binaya dəyən helikopter yaxınlıqdakı boş əraziyə düşüb. Hadisə nəticəsində dörd nəfər ölüb.
Bildirilir ki, helikopter Səhiyyə Nazirliyinin tabeliyində olub. Faciəyə ərazidəki qatı dumanın səbəb olduğu qeyd edilib.