Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub

Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub

Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Sinan İlham oğlu Əliyevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.