Çəkic atıcısı yarış zamanı yaxınlıqdan keçən şəxsi öldürüb
Niderlandda yarış zamanı çəkic atıcısı ətrafdakı şəxsi öldürüb.
Ölüm “Highland Games” ənənəvi Şotland idmanı üzrə yarışlarda baş verib.
Hadisə yerinə həkimlərin olduğu helikopter göndərilsə də, 65 yaşlı kişini xilas etmək mümkün olmayıb.
Mərhumun müsabiqənin iştirakçısı və ya tamaşaçısı olmadığı qeyd edilir.
Oyunların təşkilatçıları bildiriblər ki, yarışda istifadə olunan çəkic müasir atletikadan olan alətə bənzəyir. O, Bu, 1,2 metrlik taxta tutacaqdan və ağırlığı 10 kq-a qədər olan metal topdan ibarətdir.