Deputatlığa namizədlərin sayı AÇIQLANDI

Deputatlığa namizədlərin sayı AÇIQLANDI

Növbədənkənar parlament seçkisi ilə əlaqədar deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bugünkü iclasında bildirib.

Növbədənkənar parlament seçkisi ilə əlaqədar 1 052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, növbədənkənar parlament seçkisi ilə əlaqədar 1 508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülən 1 462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1 420 nəfərə imza vərəqi verilib, 1 197 nəfər imza vərəqələrini qaytarıb.

Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar qeydə alınmış namizədlərin 125 seçki dairəsi üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

Milli Məclisə növbədənkənar seçki sentyabrın 1-nə təyin olunub.