DİQQƏT! DİQQƏT! DİQQƏT!                                                  Sabunçuda qeyri-qanuni yollar ilə fəaliyyət göstərən sürücülük kursu aşkarlanıb.

DİQQƏT! DİQQƏT! DİQQƏT! Sabunçuda qeyri-qanuni yollar ilə fəaliyyət göstərən sürücülük kursu aşkarlanıb.

Rəsmi məlumata görə, Azərbaycancanda hər il 50 min nəfərdən çox adam sürücülük vəsiqəsi alır. Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı bir çox nöqsanlar müşahidə edilir. Bunlardan ən əsası sürücü hazırlığı ilə məşğul olan kurslardır. Bu kursların əksəriyyətində sürücü hazırlığından söz gedə bilməz.

Bunlardan biridə Sabunçu rayonunda obyekti belə olmayan Sürücülük kursu altında fəaliyyət göstərən Yeraz Musa ləqəbi ilə tanınan şəxsdir.

Elə sürücülük üçün verilən imtahanlar barədə də bimənalı rəy yoxdur. Bəzi iddialara görə, imtahanlarda rüşvət böyük rol oynayır. Bu səbəbdən də bir neçə dəfə belə təklif səsləndirilib: sürücülük vəsiqəsi üçün imtahanlar Dövlət İmtahan Mərkəzinə verilsin.
Maraqlıdır, hər il 50 min nəfərin sürücülük vəsiqəsi alması əhalinin sayına görə çoxdurmu?..


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Modern.az-a deyib:

“Sürücülük vəsiqələrinin alınması ilə bağlı həm sürücülük kurslarında müəyyən tədris keçirilir, eləcə də müstəqil hazırlaşıb gəlib imtahan keçənlər də var. Qanunvericilikdə göstərilir ki, A1, A və B kateqoriyası üzrə hər kəs müstəqil hazırlaşıb imtahan verə bilər. Əgər  ikinci imtahandan qeyri-məqbul qiymət alırsa, o zaman avtomobil hazırlıq kurslarını keçməlidir. Bütün hamı gəlib imtahan prosesini izləyə bilər, imtahan keçirilən otaqlara kameralar yerləşdirilib. Nəzəri imtahanlar kompüter vasitəsi ilə qəbul olunur, eləcə də təcrübə imtahanı ballarla qiymətləndirilir, avtomobillərdə quraşdırılan texniki vasitələrin köməyi ilə təcrübi imtahanın verilməsi qiymətləndirilir və ona uyğun da məqbul qiymət alan şəxsə sürücülük vəsiqəsi verilir.
Kurslarla bağlı məsələyə gəldikdə isə bir çox avtomobil kurslarına nəzarət gücləndirilib. Hansı kursu bitirən şəxslər nəzəri imtahanı məqbul qiymətlərlə verə bilmirsə, o kursların fəaliyyətinə yenidən baxılır, lazım gəldikdə həmin kursların fəaliyyətinə xitam verilir”.
 
Hüquqşünas, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov:

“Azərbaycanın əhalisini və sürücülərin sayını götürdükdə 50 min azdır. Azərbaycan əhalisinin 70 faizi potensial olaraq sürücü ola bilər. Ona görə də 9 milyonun 70 faizi  6.3 milyon edir, demək ki, 50 min azdır. Bu həm də avtomobillərin ölkəyə idxalı ilə bağlıdır. Əvvəlki illərlə müqayisədə avtomobil idxalı dəfələrlə azalıb.
Sürücülük vəsiqəsi imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən aparılması ilə bağlı bəzi söz-söhbətlər var idi. Sürücülük imtahanının digər imtahanlardan fərqləndirən əlamətlər var: birincisi, sürücülük vəsiqəsi üçün  imtahanlar hər gün keçirilir. DİM  isə ildə bir neçə dəfə imtahan təşkil edir.
Amma sürücülük imtahanları bölgələrdə və Bakıda hər gün baş tutur. Bundan başqa, sürücülük imtahanlarının praktiki və təcrübi hissəsi də var. Bu mərhələ isə hər yerdə baş tuta bilməz. Bunun üçün avtomobil idarə etmək üçün xüsusi yerlər  olmalıdır. Sürücülərin təcrübə imtahanı verməsi ən vacib məsələdir.
Ölkəmizdə sürücülərin hazırlığı prosesinə yenidən baxılmalıdır. Sürücü hazırlayan kursların fəaliyyətindən danışmağa dəyməz. Çünki kursların fəaliyyəti bərbaddır, dərs keçirilmir. Bunun düzəldilməsi üçün dünya təcrübəsindən yararlanmaq lazımdır”.