Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

Dubay-Maxaçkala təyyarəsi güclü duman səbəbindən Bakı hava limanına enib

"flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçkala reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

"Boeing 737" təyyarəsi yerli vaxtı ilə saat 03:52-də Bakı hava limanına eniş edib.

Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib.