Ekvador qaranlığa büründü: Nəqliyyat iflic oldu, əhali susuz qaldı

Ekvador qaranlığa büründü: Nəqliyyat iflic oldu, əhali susuz qaldı

Ekvador tamamilə zülmətə qərq olub, ölkənin hər yerində elektrik enerjisinin kəsilməsi qeydə alınıb.

Bu barədə ölkənin nəqliyyat və ictimai işlər naziri Roberto Luke xəbər verib.

Nazirin sözlərinə görə, buna səbəb elektrik xətlərində baş verən nasazlıqdır.

Paytaxt Kitoda metro işləmir. Həmçinin, işıqforların işləməməsi şəhərdə nəqliyyat sıxlığına səbəb olub. Ölkədə internet xidmətlərində fasilələr müşahidə olunur. Ekvadorun cənub-qərbindəki ən böyük şəhər olan Quayakildə əhaliyə içməli su ehtiyatı götürməyi tövsiyə edilib.

Qeyd edək ki, Ekvador bir neçə aydır, enerji sahəsində ağır böhran yaşayır. Quraqlıq səbəbindən su elektrik stansiyalarının işləməməsi və Kolumbiyadan elektrik enerjisi tədarükünün dayandırılması vəziyyəti daha da ağırlaşdırıb.