Ərdoğan azərbaycanəsilli sənətçiyə yeni vəzifə verdi

Ərdoğan azərbaycanəsilli sənətçiyə yeni vəzifə verdi

Azərbaycanəsilli məşhur türkiyəli sənətçi Tamer Karadağlıya yeni vəzifə verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla Tamer Karadağlı Dövlət Teatrlarının baş direktoru təyin edilib.

Azərbaycanəsilli Tamer Karadağlı ilk dəfə 1993-cü ildə filmdə rol alıb. O, “Ferhunde hanımlar” serialı ilə məşhurlaşıb. Karadağlının ən yaddaqalan obrazı isə “Çocuklar duymasın” serialındakı “Haluk” olub.

O, həmçinin bir çox məşhur aktyorların da dublyajını edib.