Ərdoğan azərbaycanlı hərbçilərin Türkiyədə müalicəsindən danışdı

Ərdoğan azərbaycanlı hərbçilərin Türkiyədə müalicəsindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında açıqlamalar verib.

Türkiyə lideri çıxışında Azərbaycandan olan yaralı hərbçilərin Türkiyədə müalicə olunmasından da bəhs edib və qardaş ölkənin dəstəyinin davam edəcəyini vurğulayıb:

“Suriyadan, Azərbaycandan, Liviyadan yaralı hərbçiləri gətirərək xəstəxanalarda müalicə etdirib geri qaytarırıq. Bundan sonra da bunları davam etdirəcəyik”.

Mənbə: CNN Türk