Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə edilib.
Ərdoğan Rusiya dövlət başçısına Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən genişləndirilməsi ilə bağlı müsbət münasibətinə görə təşəkkür edib və Rusiya ilə Ukrayna arasındakı münaqişənin tezliklə danışıqlar yolu ilə bitməsinə önəm verdiklərini bildirib.
O, həmçinin Soçidə razılaşdırılan iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata biləcəklərini bəyan edib.