Ermənilər üçün vaxt getdikcə daralır: Güvəndiyi dağlara qar yağır

Ermənilər üçün vaxt getdikcə daralır: Güvəndiyi dağlara qar yağır

Ermənistan dövlət kimi özünün ikiüzlü mövqeyini Ukraynada yaşanan son hadisələrdə də ortaya qoymağı bacarır.

Hazırda bütün dünyada ölkələrin ərazi bötövlüyünün toxunulmazlığına dəstək ifadə olunsa, Ukraynada Rusiyanın başlatdığı hərbi əməliyyatlar sərt tənqid hədəfinə çevrilsə də, dinc insanların həlak olması narahatlıq doğursa da sanki sivil dünyadan uzaqda istəyəndə kor, kar və lal olmağı bacaran bir dövlət mövcuddur. Ermənistan ifrat riyakarlıq nümayiş etdirərək bütün dünyanın həmrəy olduğu həqiqətləri təkzib edib, bütün dünyaya zidd mövqe nümayiş etdirməyə davam edir.

Rəsmi İrəvanın xarici siyasətində Rusiyaya yaltaq etmək qırmızı xətt təşkil edir. Ancaq hər halda yaltaqlığın da bir həddi, bir hüdudu olmalıdır. Son hadisələr isə onu göstərir ki, erməni riyakarlığı üçün heç bir sərhəd yoxdur, istənilən dəyər, istənilən həqiqəti təkzib edib, ona düşmən kəsilmək erməni xalqının və dövlətinin əlində olduqca asan məsələyə çevrilir.

Bu gün dünyanın müharibə əleyhinə ortaya qoyduğu qətiyyət yaxın gələcək üçün bir sıra məqamları da ayırd etməyimizə kömək edə bilər. Belə ki, son yaşananlar onu göstərir ki, hətta Rusiya kimi supergüc belə həqiqətlərin qarşısında ən ağır əvəz ödəyə bilər. Belə olan halda isə erməniləri yaxın gələcəkdə heç də böyük “uğurların” gözlədiyini söyləmək olmaz.

Çünki yuxarıda da qeyd etdiyimiz kimi Ermənistan dövləti Rusiyaya qarşı həmişə yaltaqlıq mövqeyindən çıxış edib. Bu günlərdə bütün dünyanın mövqeyinə zidd hərəkətlər isə ermənilərin Azərbaycana qarşı artıq çoxdan alt-üst edilmiş məkrli planlarına olan cılız ümidləri ilə bağlıdır.

İrəvan Rusiyanı “dəstək”ləməsinin arxasında hazırda Azərbaycanın söz sahibi olduğu regionda Rusiyanın təsirini öz xeyrinə yönəltmək istəyi dayanır. Ancaq İrəvan bu məqamda belə əsirinə çevrildiyi xam xəyalların anlamsızlığını dərk edə bilmir.

İlk növbədə ona görə ki, son proseslər bütün dünyanın gözləri qarşısında cərəyan edir və bir çox dövlətlər həmçinin digərlərinin də nümayiş etdirdiyi yanaşmanı diqqətlə izləyir. Əminliklə söyləyə bilərik ki, İrəvanın Rusiyaya “böyük” dəstəyi də dünya ölkələrinin, xüsusən Qərbin nəzərindən yayınmır.

İkinci məqam isə bu gün dünyanın ortaya qoyduğu mövqeyin Rusiyanı saldığı olduqca ağır durumdur. Bütün bunlardan sonra Rusiyanın Ermənistan naminə hansısa avantüraya gedəcəyini gözləmək, Azərbaycanın maraqlarını İrəvanın “qara qaşına, qara gözünə görə” heçə sayacağını düşünmək sadəcə axmaqlıq hesab olunmalıdır.

Yekun nəticə isə ondan ibarətdir ki, Ermənistan artıq bir dövlət kimi gələcəyi qarşısındakı sualları aradan qaldıra bilmək üçün yalnız Azərbaycanla hesablaşmalıdır. Üstəlik bu hesablaşmada diqtə edən tərəf Azərbaycan, qeyd-şərtsiz tabe olmağa sadəcə məcbur olan tərəf isə Ermənistan olacaqdır.

İstər 44 günlük müharibəyə qədər, istər müharibə, istərsə də postmünaqişə dövründə Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət onun Cənubi Qafqazın əsas söz sahibi kimi imicini daha da gücləndirib. Ermənistanla bağlı isə bunları söyləmək sadəcə mümkün deyil.

Üstəlik 44 günlük savaş Ermənistanın hərbi, siyasi, iqtisadi potensialının da Azərbaycanla müqayisədə nə qədər cılız olduğunu ortaya qoyub. Belə olan halda isə bütün ümidləri puça çıxmış Ermənistan üçün qarşıda sadəcə yeganə çıxış yolu qalır: Azərbaycanın diqtə etdiyi şərtlərlə sülh müqaviləsi imzalamaq, separatçı iddialardan birdəfəlik əl çəkərək Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını sənədlə təsdiqləmək və bundan sonra dinc inkişaf üçün səmimi səylər göstərmək.

Göstərilən ssenari dünyanın bütün sivil dövlətləri üçün olduqca məqbul hesab olunur. Lakin Ermənistan dövlətinin quluna çevrildiyi mənfur ideologiya onları bəlkə də tarixlərinin ən böyük səhvlərinə də sövq edə bilər. Bu səhv Ermənistan kimi cılız bir ölkənin ona dinc inkişaf şansı verən Azərbaycana qarşı çıxması ola bilər.

Bu ssenari isə Ermənistan üçün sözün əsl mənasında uçurumdan aşağı düşmək olardı. Çünki qeyd etdiyimiz kimi Azərbaycan dövləti istənilən ssenari üzrə Ermənistana layiqli dərs vermək iqtidarındadır.

Rusiyaya bağlı olmaq artıq Ermənistan üçün ümid yeri olmaqdan onun özünə tuşlanmış bir silaha çevrilə bilər. Çünki dünyada cərəyan edən geosiyasi proseslər Kremli də çətin vəziyyətə salır və necə deyərlər Moskva indi “Ermənistan hayında” deyil və olmayacaq da…

Bütün bu amilləri nəzərə aldıqda qəti olaraq söyləyə bilərik ki, Ermənistan ən qısa zamanda Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əks halda Qarabağdakı separatçılara müharibədə qaçış üzrə rekordlar qırmış erməni yaraqlıların aqibətini növbəti dəfə daddırmaq da Azərbaycan üçün heç də çətin sayıla bilməz.

Ermənilər ya Azərbaycanın ərazi bütövlüyünü qəbul edib, ona hörmətlə yanaşmalı, ya da Azərbaycan qanunlarının hökm sürdüyü ərazilərimizdən rədd olub getməlidir. Dünyadakı proseslərin axarı onu göstərir ki, ermənilərin bu seçimi etmək üçün çox vaxtı qalmayıb. Çünki sülh müqaviləsinin imzalanmadığı, şovinist, revanşist fikirlərin səsləndirildiyi hər saniyə ermənilərin əleyhinə işləyir. Azərbaycanın səbr kasası dolmaq üzrədir. Azərbaycanın səbr kasasının dolduğu zaman nələrin baş verdiyini isə ən yaxşı elə ermənilərin özləri bilir.

Hüseyn Əsədov