Əvvəlcə qonşusunu, sonra özünü BIÇAQLADI

Əvvəlcə qonşusunu, sonra özünü BIÇAQLADI

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu axşam saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəmnində dava baş verib. İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova, ardınca isə özünə xəsarət yetirib.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin tərəfindən araşdırma aparılır.