Gədəbəydə avtomobil divara çırpıldı, ölən var

Gədəbəydə avtomobil divara çırpıldı, ölən var

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dovlet.Tv-nin məlumatına görə, rayonun Düzyurd kəndində VAZ-2106 markalı minik maşını divara çırpılıb.

Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Sezar Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.