Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Cəlil Cənnətovu minik avtomobili vurub.

C.Cənnətov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.