Gəncədə keçmiş arvadını öldürən şəxsə hökm oxundu

Gəncədə keçmiş arvadını öldürən şəxsə hökm oxundu

Gəncə şəhərində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Qafar Amanova hökm oxunub və o,17 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin mayında Gəncə şəhərində qeydə alınıb.

Belə ki, Q.Amanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Günay Amanovanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Daha sonra o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Q.Amanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.