Goranboyun icra başçısının müavini işdən ÇIXARILDI
Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib.
“Report”un məlumatına görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb.
O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.