Belə ki, Frankfurt-Mavrikiya reysini həyata keçirən təyyarə hava boşluğuna düşüb, nəticədə göyərtə zədələnib, həmçinin heyət üzvləri də daxil olmaqla 20 nəfər xəsarət alıb.
Aviaşirkətdən verilən məlumata görə, qorxulu hadisə enişdən 2 saat əvvəl baş verib.
Təyyarədə 272 sərnişin və 13 heyət üzvü olub.
Bununla belə, təcrübəli pilotlar təyyarəni Mavrikiyanın paytaxtı Port-Luis hava limanına təhlükəsiz endirə biliblər. Yaralananlar müayinə üçün yaxınlıqdakı tibbi müəssisəyə göndəriliblər.