Hindistan Ermənistana silah partiyası göndərib: Daha 84 haubitsa verəcək

Hindistan Ermənistana silah partiyası göndərib: Daha 84 haubitsa verəcək

Ermənistan Hindistandan altı ədəd 155 mm çaplı ATAGS artilleriya qurğusu alıb.

Məlumata görə, bu, imzalanmış böyük müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır. Müqavilə Ermənistana ümumi dəyəri 155,5 milyon dollar olan 90 ATAGS qurğusunun tədarükünü nəzərdə tutur.

Müqavilə növbəti üç il ərzində bu tipli əlavə 84 yedəkli haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur.

Mənbə: Sputnik Ermənistan