İlham Əliyev icra başçılarının vətəndaşlarla online görüşünü ləğv etdi- BİRBAŞA ÜNSİYYƏTDƏ OLUN!

İlham Əliyev icra başçılarının vətəndaşlarla online görüşünü ləğv etdi- BİRBAŞA ÜNSİYYƏTDƏ OLUN!

Prezident İlham Əliyev yerli şəhər və rayon icra hakimiyyəti başçılarına xüsusi göstəriş verib .
Bu barədə DÖVLƏT TV-yə Prezident Administrasiyasındakı mənbələrdən məlumat verilib
Məlumata görə, ölkə başçısı yerli icra hakimiyyəti orqanlarının başçılarına vətəndaşların davamlı şəkildə qəbulunu həyata keçirməyi tapşırıb.
Qeyd edək ki, Covid 19 pandemiyası yayılandan bu günə qədər icra hakimiyyəti orqanlarında vətəndaş qəbulları ya dayandırılmışdı ya da onlayn şəkildə həyata keçirilirdi.
Lakin ölkə başçısı bir neçə gün əvvəl bu qaydanı dəyişib.
Artıq bundan sonra icra başçıları vətəndaşlarla üz-üzə onların problemlərini dinləyəcək.
Məlumata görə, prezidentin bu qərarına əməl olunub.
Belə ki, bir neçə rayonda icra başçıları ilə sakinlərin birbaşa ünsiyyəti təşkil olunub.

Onu da bildirək ki, ölkə başçısının bu qərarını icra başçılarına Prezident Administirasiyasının rəhbəri Samir Nuriyev çatdırıb.