İlon Mask yeni şirkət yaradıb: İşçilər axtarır

İlon Mask yeni şirkət yaradıb: İşçilər axtarır

İlon Mask süni intellekt sahəsində araşdırmalarla məşğul olacaq X.AI şirkətini yaradıb.

Məlumata görə, milyarder şirkətin siyahıya alınmış yeganə direktorudur. Maskın ailə investisiya firması olan “Excession”u idarə edən Cared Birçall isə şirkətin katibi kimi siyahıya düşüb.

Həmçinin bildirilir ki, sahibkar fəal şəkildə işçi axtarır. Maskın məşhur “ChatGPT”-ni yaradan “OpenAI” şirkəti ilə rəqabət aparmaq üçün süni intellekt startapını işə salmaq niyyətində olduğu deyilir.
İddialara görə, ünyanın ən varlı adamlarından biri hazırda süni intellekt üzrə mütəxəssislərdən ibarət komanda toplayır və startap üçün kapital toplamaq məqsədilə “Tesla” və “SpaceX” şirkətlərinin investorları ilə danışıqlar aparır.

Mənbə: rbc.ua