İsrail Dəməşq aeroportunu bombalayıb: Ölənlər var
İsrail ordusunun Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığındakı hədəflərə qarşı təşkil etdiyi raket hücumu nəticəsində dörd nəfər həyatını itirib.
Qeyd olunur ki, zərbələr Dəməşq Beynəlxalq Hava Limanına və aeroportun yaxınlığındakı anbara endirilib.
“Raket zərbələri Livan “Hizbullahı”nın və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə endirilib”, - mənbə yazır.
Suriyanın yerli xəbər agentliklərinin yazdığına görə, hava zərbələri nəticəsində Dəməşq hava limanının fəaliyyəti iflic olub.
Mənbə: The Syrian Observatory for Human Rights