İsrail İranın hücumuna cavab verəcək?

İsrail İranın hücumuna cavab verəcək?

İsrail İranın hücumuna aprelin 15-də cavab verə bilər.

Bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadla xəbər verib.

“ABŞ və Qərb rəsmiləri İsrailin İranın hücumlarına tez bir zamanda, bəlkə də, bazar ertəsi cavab verəcəyini gözləyirlər”, - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqin tammiqyaslı münaqişə astanasında olduğu barədə xəbərdarlıq etmişdi.

Həmçinin, Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalanta Vaşinqtonun İsraili müdafiə etməyə hazır olduğunu bildirib.