Kiyev ətrafında məktəb, uşaq bağçası, çörək zavodu və yaşayış binaları atəşə tutulub
Kiyev yaxınlığında vəziyyət çox ağırdır, humanitar böhran yaşanır.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, bu barədə Ukrayna Milli Polisinin icmalında deyilir.
“Martın 7-nə olan məlumata görə, Buça, İrpen və Dmitrovkada Buçansk vilayətində vəziyyət son dərəcə ağır olaraq qalmaqdadır. Döyüşlər davam edir, humanitar böhran müşahidə olunur. Məktəb, uşaq bağçası, çörək zavodu və yaşayış binalarının atəşə tutulması zamanı tikililərə ziddi zərər dəyin”, - məlumatda bildirilib.