Kraliça II Elizabet ilə vida mərasimi başa çatdı

Kraliça II Elizabet ilə vida mərasimi başa çatdı

Sentyabrın 8-də 96 yaşında vəfat edən Böyük Britaniya kraliçası II Elizabet ilə Londonda xalqla vida mərasimi başa çatıb.

Saat 06:30-da (Bakı vaxtı ilə 09:30-da) Vestminster sarayına - Temza sahilində Britaniya parlamentinin yerləşdiyi binaya giriş bağlanıb.

Bu gün saat 16:00-da (Bakı vaxtı ilə 19:00-da) anım mərasimi keçiriləcək, bundan sonra kraliça Vindzor qəsrində dəfn olunacaq.

Britaniyalıların dörd gün yarım ərzində - sentyabrın 14-dən etibarən kraliça ilə şəxsən vidalaşmaq imkanı olub.

Mənbə: TASS