Kürdəmirdə 33 yaşlı şəxs bıçaqlanıb

Kürdəmirdə 33 yaşlı şəxs bıçaqlanıb

Kürdəmir rayonunda 33 yaşlı şəxs bıçaqlanıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə qəbiristanlıqda qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini Qadir Feyruz oğlu Piriyev mübahisə zəminində bıçaq xəsarəti alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Şübhəli şəxs isə hadisə yerindən qaçıb. Hazırda onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.