Bildirilir ki, özəl yüngül təyyarə Baltik dənizində Latviya sahillərində qəzaya uğrayıb.
Agentliyin məlumatına görə, onun qarşısını almaq üçün Estoniyada yerləşən NATO qırıcıları qaldırılıb. Təyyarədə 4 nəfər olub, onların taleyi hələlik məlum deyil.
FlightRadar24-ün məlumatına görə, Avstriyada qeydiyyatdan keçmiş Cessna 551 təyyarəsi İspaniyanın cənubundakı Xeres şəhərindən uçurdu.