Məhkəmə Zulu şahzadəsinin tac qoymasına icazə verdi
Cənubi Afrikada məhkəmə Zulu taxtının varisi şahzadə Misuzulu Zulunun tac qoymasına icazə verib.
Şahzadə Misuzulu Zulu 1968-ci ildən qəbiləni idarə edən İnkosi Qudvil Zvelitini və onun böyük həyat yoldaşı Mantfombi Dlamininin oğludur.
Zvelitini 2021-ci ilin martında vəfat edib. Lakin taxt-tacın varisə keçməsi mərhumun digər həyat yoldaşı və qızları - şahzadələr Ntandoyenkosi Hulu və Ntombisozutu Zulu-Dumanın intriqaları səbəbindən dayandırılıb. Onlar vəsiyyətnamədəki imzanı saxta adlandıraraq tacqoymanın ləğv edilməsini tələb ediblər.
Hakim hesab edib ki, tacqoymadan imtina üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, şahzadələr vəsiyyətnamənin həqiqiliyinə şübhə etsələr də, kral ailəsinin digər üzvləri növbəti Zulu kralı olaraq Misuzulu Zulunun seçməsilə mübahisə etmirlər.
Qeyd edək ki, Zvelitininin ən azı 28 övladı və altı arvadı olub.