Moskvaya uçan təyyarəni havada ildırım vurdu

Moskvaya uçan təyyarəni havada ildırım vurdu

Rusiyanın Vladivostok şəhərindən Moskvaya uçan “Airbus A350-900” təyyarəsi bulud topasının içindən keçərkən gövdəsini ildırım vurub.


Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxdıqdan və sıx buludların içinə girdikdən dərhal sonra göyərtəyə ildırım düşüb. Lakin bu, uçuşun yerinə yetirilməsinə və ya sərnişinlərin təhlükəsizliyinə heç bir təsir göstərməyib. İldırımın səsi eşidilib, bəziləri isə qığılcımı gördüklərini bildiriblər.


Uçuş bələdçiləri bildiriblər ki, müasir təyyarələr ildırımdan qoruyucu sistemlərlə təchiz olunub, ona görə də təyyarənin gövdəsinə dəyən zərbə heç bir şəkildə uçuşa təsir göstərmir.


Mənbə: İzvestiya