Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb

Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.