Neft qiymətlərində kəskin artımlar potensial riskləri formalaşdırır

Neft qiymətlərində kəskin artımlar potensial riskləri formalaşdırır

rasında gərginliyin hələlik tam aradan qalxmaması və yoluxma sayının artmasına baxmayaraq qlobal pandemiyanın təsirləri ilə bağlı gözləntilərin nikbinləşməsi “qara qızılın” qiymətinə təsirsiz ötüşməyib”.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan neftinin bir bareli 100 dollardan baha satılır:

“2022-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barel olub. Bunun 580,9 min barelini xam neft, 119,6 min barelini isə kondensat təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir”.

Deputat əlavə edib ki, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq:

“Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, neftin qiymətində kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir”.

Vüqar Bayramov qeyd edib ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir:

“Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır