Ordumuzdan ermənilərə xəbərdarlıq: “Burada yaşamaq istəyirsinizsə, qanunlarımıza riayət edin” - FOTO

Ordumuzdan ermənilərə xəbərdarlıq: “Burada yaşamaq istəyirsinizsə, qanunlarımıza riayət edin” - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni dilində səsgücləndiricilər vasitəsilə Qarabağ ermənilərinə, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan erməni quldur dəstələrinin qalıqlarına xəbərdarlıqla müraciət edib.

“Caliber”in hərbi dairələrdəki məlumatlı mənbələrə istinadən bildirir ki, xəbərdarlıq mətni aşağıdakı kimidir:

“Erməni milliyətli vətəndaşlara müraciət! Siz Azərbaycan Respublikasının ərazisindəsiniz! Burada istənilən fəaliyyət Azərbaycan qanunları əsasında tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər bir şey qanunsuzdur. Hazırda apardığınız mühəndis işləri qanunsuzdur.

Müharibəyə hazırlaşmayın və bizim ərazimizdə sərhəd qurmağa çalışmayın! Əgər burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına riayət edin!

Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin. Əks halda sizə qarşı güc tətbiq olunacaq. İtkilərinizə görə məsuliyyət sizin üzərinizə düşəcək. Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin! Ərazini tərk edin!”.

Həmçinin Azərbaycan Silahlı Qüvvələri Xocalı rayonunun Pirlər kəndində yaşayan mülki Qarabağ ermənilərinə xəbərdarlıq edib ki, Azərbaycan hakimiyyətinin rəsmi icazəsi olmadan hər hansı kənd təsərrüfatı işlərinin aparılması qanunsuzdur və onlar müvafiq icazə alana qədər iş görülən ərazini tərk etməlidirlər.