Özünü polis kimi təqdim etdi, 11 yaşlı qızı çöllüyə apardı: “Qatarın işığı düşdüyündən qorxdum ki...”

Özünü polis kimi təqdim etdi, 11 yaşlı qızı çöllüyə apardı: “Qatarın işığı düşdüyündən qorxdum ki...”

şəhərinə düşürtməsini xahiş etdim. Azad kəndinə, yaşadığım evə qayıtdım”.

“Bildirdi ki, polis çağıracağam”

Cinayət işi üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, anası Nailə ilə birlikdə yaşayır: “Dekabrın 16-da nənəm Sebilgilə getdim və bir neçə gün orada qaldım. Dekabrın 19-da saat 19 radələrində nənəmin evindən çıxdım və öz yaşadığım evə piyada gedirdim.

Heydər Əliyev prospektində dayanacaqda marşrut gözləyirdim. Dayanacaqda şəhid şəklinə baxırdım. Bir nəfər cavan oğlan mənə yaxınlaşdı və dedi ki, şəhidin şəklini qoparmaq istəyirsən. Ona “yox” deyə cavab verdim. Dedi ki, şəkli qopartsan, səni polisə verəcəyəm. Mən də ona “qopartmıram, eləcə baxıram” deyəndə həmin oğlan polis olduğunu dedi. Mən onun polis olduğuna inanmadım.

Məndən hara getdiyimi soruşanda cavab verdim ki, marşrut gözləyirəm, evə gedirəm. Oğlan bildirdi ki, gəl, sən mənimlə get. “Yox” deyəndə, bildirdi ki, bu dəqiqə polisləri çağıracağam, sənin əlini qandallayıb aparsınlar. Sonra isə məndən harada qaldığımı soruşdu. Ona qaldığım yeri dedim”.

“Mənə hədə-qorxu gəldi”

Zərərçəkmiş daha sonra ifadəsində təqsirləndirilən şəxsin ona hədə-qorxu gəlməsindən danışıb:

“Mənə hədə-qorxu gəldi. Dedi ki, səni öldürərəm, gəl mənimlə gedək. Bir neçə dəfə etiraz etsəm də, məni polislərlə qorxudaraq birlikdə getməyimi tələb etdi. Söhbət zamanı bizə bir kişi yaxınlaşaraq yanımda olan oğlandan siqaret istədi. Ancaq həmin oğlanın siqaret verib-vermədiyini bilmədim. Çünki həmin vaxt onlara baxmadım, avtobusu gözləyirdim.

Kişi getdikdən sonra oğlan yenə mənə yaxınlaşaraq hədələdi, onunla getməyə məcbur etməyə başladı. Mən də qorxaraq onun yanına düşüb getdim”.

Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslə birlikdə Goranboy rayonuna gəlməsindən, orada çöllük ərazidə təcavüzə məruz qalmasından danışıb. Qeyd edib ki, evlərinə qayıtdıqdan sonra xalasına başına gələnləri danışıb. Bundan sonra polisə müraciət olunub.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Paşa 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.