Pakistandan Azərbaycanla bağlı ilk
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov öz “Twitter” hesabında paylaşım edib.
Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir.
Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.