Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, sülh müqaviləsi imzalandığı təqdirdə Azərbaycandan qaz idxalı və ya tranzitini istisna etmir.
Dovlet.Tv-nin məlumatına görə, o, İkinci Ümumerməni Sammitində çıxışı zamanı Bakının Ermənistana qaz tədarükü təklifini xatırladıb.
"Biz Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin Ermənistandan keçəcəyi ssenarini istisna edə bilmərik", - deyə Paşinyan qeyd edib.