Paşinyan Türkiyəyə səfər edəcək

Paşinyan Türkiyəyə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mart ayında Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək üçün Türkiyəyə səfər edcək.

Bu barədə cümə günü Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber” telekanalına müsahibəsində bildirib.

“Qarabağın bu yaxınlarda işğaldan azad edilməsi, sonadək dəstəklədiyimiz bu proses müharibə kimi qəbul edilsə də, əslində sülhün açarıdır. Məhz bundan sonra xüsusi nümayəndələr təyin olundu, qarşılıqlı müsbət mesajlar verildi. Biz bu prosesin sürətlənməsini istəyirik”,- deyə siyasətçi əlavə edib.

Mənbə: TASS