Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gedib

Prezident İlham Əliyev Litva Respublikasına rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.


“Report” xəbər verir ki, Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.