Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qonaq qismində iştirak edən braziliyalı məşhur futbolçu Ronaldinyo Qauço ilə şəklini paylaşıb.
Dovlet.Tv xəbər verir ki, o bu barədə "Instagram" hesabında paylaşım edib.
Əli Ağalarov, futbolçu ilə birgə çəkdirdikləri fotonu paylaşaraq "Bakıya xoş gəldiniz" sözlərini yazıb.