Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu ilin aprelində qeyd olunan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümünü nəzərə alaraq, Vladimir Putin Nikol Paşinyanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib”, - məlumatda qeyd olunub.